azia.az
azia.az

Bakı-Quba yolunda DƏHŞƏT: Kabinədə asılmış kişi meyiti tapıldı

21-06-2022, 10:40

Bakı-Quba yolunda DƏHŞƏT: Kabinədə asılmış kişi meyiti tapıldı
Xızı rayonu ərazisində avtomobildə asılmış kişi meyiti aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, dünən Bakı-Quba yolunun Sitalçaydan keçən hissəsində “Shacman” markalı, 21-BG-404 dövlət qeydiyyat nişanlı avtomobilin kabinəsində asılmış kişi meyiti tapılıb.

İlkin araşdırmalardan sonra meyitin Gədəbəy rayon sakini, 1980-ci il təvəllüdlü Tural Əziz oğlu Abdullayevə məxsus olması məlum olub.

Belə ki, yük maşınının sürücüsü olan 42 yaşlı şəxsin özünü kabinədən asaraq həyatına son qoyması müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi