azia.az
azia.az

Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu - AUDİO

20-06-2022, 15:47

Tələbələri kütləvi şəkildə imtahandan kəsən kafedra müdiri BDU-dan qovuldu - AUDİO
Tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsməsi ilə ittiham olunan kafedra müəllimi işdən azad olunub.

Bu barədə Bakı Dövlət Universitetindən (BDU) bildirilib.

Belə ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, kafedra müdiri Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri bildiriblər ki, kafedra müəllimi Sədaqət Əhmədova pul almaq üçün onları kütləvi şəkildə imtahandan kəsib.

Tələbələr müəllimin səs yazısını göndərib və iddia ediblər ki, imtahandan kəsilən zaman üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi