azia.az
azia.az

Ana 7-ci mərtəbədən yıxılan korpəsinin dalınca özünü atdı

20-06-2022, 15:43

Ana 7-ci mərtəbədən yıxılan korpəsinin dalınca özünü atdı
Bakıda binadan yıxılan hamilə qadın və azyaşlı övladının kimliyi məlum olub.

Azia.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev küçəsi 116 ünvanında baş verib.

Həmin binanın 7-ci mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Umalatova Tamerlan Tofiq oğlu balkondan 6-cı mərtəbənin balkonuna yıxılıb.

Bunu görən ana 1995-ci il təvəllüdlü Umalatova Rövşanə Rövşən qızı uşağı tutmaq istəyərkən müvazinətini itirərək uşağın arxasınca yıxılıb.

***

Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Redaktor.az-a verilən məlumata görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti sabitdir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi