azia.az
azia.az

Bakıda gecə saatlarında dəhşət: Xeyli sayda yaralı var

18-12-2021, 09:37

Bakıda gecə saatlarında dəhşət: Xeyli sayda yaralı var
Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib. Növbətçi cərrah Ramiz Kərimov “Report”a bildirib ki, onlardan altı nəfəri hospitalizasiya edilib. Onun sözlərinə görə, ağır kəllə-beyin travması alan 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu və qapalı kəllə beyin travması, baş beyin əzilməsi diaqnozları ilə Əliyeva Samirə Nüsrət qızı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər. “Uşağın vəziyyəti ağırdır. Üç nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. Digər dörd nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb”. Növbətçi cərrah Ramiz Kərimov Növbətçi cərrah Ramiz Kərimov 2021-12-17 23:42 Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib. "Report" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib. Yaralıların siyahısı belədir: 1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar, 2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə, 3. 2010-cu il təvəllüdlü Əlili Əli, 4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə, 5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar, 6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə, 7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit, 8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə, 9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq. Xəstələrdən 3 nəfəri reanimasiyadadır, 1 nəfər neyrotravma, daha birisi isə travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Oxu24.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi