İcra hakimiyyətinin binasından çıxan Vətən müharibəsi iştirakçısı intihar etdi
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Azia.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Cavad kəndində baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Maşallah Manafov özünü asaraq intihar edib.
Bildirilib ki, Vətən müharibəsi iştirakçısı olan M.Manafov Sabirabad Rayon İcra Hakimiyyətinin binasından çıxdıqdan sonra intihar edib.
Faktla bağlı araşdırma aparılır.