azia.az
azia.az

Vətən müharibəsi qazisi İNTİHAR ETDİ

4-04-2022, 07:06


Gədəbəydə intihar hadisəsi qeydə alınıb.
Vətən müharibəsi qazisi İNTİHAR ETDİ
Xəbər verilir ki, hadisə rayonun Çanaqçı kəndində baş verib.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Babakişiyev İsmət Namiq oğlu özünü asaraq intihar edib. Hadisə gecə saatlarında, İsmətin ailə üzvlərinin yuxuya getməsindən sonra baş verib.

O, bu gün Çanaqçı kəndində torpağa tapşırılıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, İsmət Babakişiyev Vətən müharibəsində əsgər kimi iştirak edib. O, döyüşlərə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində qatılıb. İsmət Babakişiyev Prezidentin sərəncamları ilə Şuşanın, Füzulinin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə və "Şücaətə görə" medalları ilə təltif olunub.

Onu da əlavə edək ki, Vətən müharibəsi qazisi subay idi. Aprelin 21-də 22 yaşı tamam olacaqdı (qafqazinfo.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi