azia.az
azia.az

Azərbaycan həbsxanasında nə baş verib?

7-06-2022, 12:51

Azərbaycan həbsxanasında nə baş verib?
Bakıda cəzaçəkmə müəssisəsində qiyam baş verib, yüksək rütbəli məmurlar xəsarət alıblar.

Azia.az xəbər verir ki, bu barədə Criminal.az saytının baş redoktoru, tanınmış jurnalist Anar Məmmədov sosial şəbəkədə məlumat paylaşıb.



Məlumatda iddia olunur ki, Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verib. Hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb.



Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşları olduğu bildirilir. Onların arasında Sərxan və Sunay adlı iki mayorun (Sunayın regional idarənin rəisinin köməkçi olduğu deyilir) var. Bundan savayı, Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.


Qarşıdurma nəticəsində 5 nəfər məhkumun xəsarət aldığı da deyilir. Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Pentensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.

İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.

Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər.

İddia olunur ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.

P.S. Xəbərdə əks olunan faktları dəqiqləşdirməyə çalışacağıq. Məlumatlar doğru olarsa, xəbər yenilənəcək. Əks təqdirdə, saytımız tərəfindən xəbər təkzib olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi