azia.az
azia.az

Goranboyda 2 avtomobil qəzası - 3 nəfər xəsarət aldı

12-01-2022, 16:38

Goranboyda 2 avtomobil qəzası - 3 nəfər xəsarət aldı
Goranboyda 2 avtomobil qəzası qeydə alınıb, 3 nəfər xəsarət alıb.

Azia.az xəbər verir ki, yol-nəqliyyat hadisələrindən biri rayonun Xan Qərvənd yolunda baş verib.

Hadisə zamanı Tərtər rayon sakinləri, 1969-cu il təvəllüdlü Seymur Musayev və 1975-ci il təvəllüdlü İbadət Nağıyev müxtəlif bədən xəsarətləri alıblar.

Digər avtomobil qəzası isə Goranboy şəhərində olub. İdarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində, 1990-cı il təvəllüdlü Vüsal Şahverdiyev xəsarət alıb. Hər iki hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırmalara başlanılıb (report).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi