2 qardaş qollarını belə doğradı
Şəmkirdə iki qardaş özünə xəsarət yetirib.
Xəbər verilir ki, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
1997-ci il təvəllüdlü Sərxan Həsənov və qardaşı 1995-ci il təvəllüdlü Qabar Həsənov hər iki qolun kəsilmiş vəziyyətində xəstəxanaya yerləşdirilib.
Onların yaraları tikilib,vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, hər iki şəxs hadisəni törədərkən sərxoş olub.
Faktla bağlı araşdırma aparılır.