azia.az
azia.az

Nərminin atası məmur təzyiqinə məruz qalıb? – Sirr pərdəsi çəkilir!

3-06-2022, 16:00

Nərminin atası məmur təzyiqinə məruz qalıb? – Sirr pərdəsi çəkilir!
"Hələ istintaq prosesi davam edir. Qarşı tərəf ancaq yalan, cəfəngiyat danışır.
Ötən dəfə iki nəfər danışdırıldı. Biri həbsxanadan, digəri isə müəllim idi. Həbsxanadan gələni də vəkilləri öyrədib. Guya, İlkinin heç bir günahı yoxdur. Müəllimi isə uşağı "görübsən, tanıyıbsan" kimi istiqamətlərdə danışdırdılar. Bu gün də şahidlər dindiriləcək".
Bu sözləri "Sherg.az"a açıqlamasında müəmmalı şəkildə qətl olunan Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.
Ş. Quliyev qətli şübhəli şəxs kimi saxlanılan İlkin Süleymanovun törətdiyini deməsi üçün heç bir təyziqə məruz qalmadığını vurğulayıb:
"Onlar özlərinin müdafiəsindən ötrü ailəmi qaralayırlar. Guya, villam var. Evimizi də çəkiblər. Fəhləliklə dolanırıq. Üç gündür evdən çıxmışam, Gəncədəyəm. Qohumun evində qalıram.

Kimin günahkar, kimin günahsız olduğu ortaya çıxacaq, görəcəksiz. Məhkəmənin qərarına əsasən, müəyyənləşəcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi