azia.az
azia.az

Nərminin atası hədəf göstərdi:“Deyiblər ki, gəlin, bu işi həll edək”

15-02-2022, 19:46

Nərminin atası hədəf göstərdi:“Deyiblər ki, gəlin, bu işi həll edək”
Azərbaycanda böyük rezonans doğuran “Nərmin işi” lə bağlı ciddi müzakirələr davam edir. İlkin Süleymanov cinayətkar qismində həbs edilsə də, əsl cinayətkarın hələ də azadlıqda olduğuna dair tutarlı arqumentlərə söykənən fikirlər var.
İddiallarla bağlı mərhumun atası Şərif Quliyev “Sherg.az”a danışıb. O bildirib ki, yayılan bütün xəbərlər yalandır:
“Bütün iddiaları qarşı tərəf qaldırır. Hamısı onlarıın günahıdır. Onların qardaşı Adil Süleymanov qardaşıma yaxınlaşıb deyib ki, gəlin bu işi bir yerdə həll edək. Bunlar kimdir ki, iş həll etsin? Bu işi dövlət artıq həll edib.

Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Prezident Administrasiyası – bu 4 qurum bu işlə məşğuldur. Onda bu qurumlar yalan danışır?! Yalan danışan, ictimaiyyəti aldadan qarşı tərəfdir. Müxtəlif “Youtube” kanallarında çıxıb yalan danışırlar. Günahkar İlkindir və bu işdə onun bacıları və anasının əli var”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi