Jurnalistlə söyüşcül deputatın məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün tanınmış jurnalist, Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə deputat Cavanşir Feyziyevin məhkəmə prosesi başlayır.
İşə bu gün saat 15:00-da Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Z. Qəriboğlu hesab edir ki, C. Feyziyev ona böhtan atıb, təhqir edib. Məhkəmə iddiasında millət vəkilinin cəzalandırılması tələb olunur.
Qeyd edək ki, C. Feyziyev bu ilin fevral ayında ölkənin tanınmış jurnalistlərini, ictimai fəallarını, siyasət adamlarını təhqir edən tərbiyəsiz bir yazı yazıb. Jurnalistlərin aidiyyəti qurumlara, Mili Məclisə müraciətlərinə baxmayaraq, ona heç bir cəza verilməyib.
Təhqir olunanlar içərisindən Bəxtiyar Hacıyev məhkəməyə müraciət etsə də, gülməli bir arqumentlə onun iddiası icraata alınmayıb.
Bu gün isə Z. Qəriboğlunun iddiasına baxılacaq.
Ümid edək ki, hakim Azər Tağıyev digər həmkarının yolunu getməyəcək.
Mənbə:My Webpage