Dünən Laçında minaya düşən fəhlə öldü
Ötən gün Laçında minaya düşən şirkət əməkdaşı Pərvin Salahov vəfat edib.
Azia.az xəbər verir ki, o müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Mərhumun cənazəsi doğulduğu Ağstafanın Dağ Kəsəmən kəndində dəfn olunacaq.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Pərvin Salahov Laçının işğaldan azad edilmiş Səfiyan kəndində piyada əleyhinə minaya düşüb. O, ərazidə təmir tikinti işləri aparan şirkətdə fəhlə kimi çalışırmış. P.Salahov minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri almışdı.