azia.az
azia.az

Füzulidə minaya düşmüş hərbçilərin adları bilindi

28-11-2021, 18:13

Füzulidə minaya düşmüş hərbçilərin adları bilindi
Daxili Qoşunların Füzuli rayonunda minaya düşən hərbçilərinin adları bəlli olub.

Bununla bağlı DİN-dən açıqlama verilib.

Bildirilib ki, DİN-in Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda xidmətdə olarkən minaya düşüb.

Rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən hərbi qulluqçular - 2001-ci il təvəllüdlü Sarib Məmmədzadə, 2002-ci il təvəlüdlü Murad Məmmədzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. /oxu.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi