azia.az
azia.az

Motosiklet sürücüsünü döyən məmurla bağlı DİN-dən AÇIQLAMA

26-04-2022, 07:28


Motosiklet sürücüsünü döyən məmurla bağlı DİN-dən AÇIQLAMA
Motosiklet sürücüsünü döyən məmurla bağlı DİN-dən AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülərdən məlumatlıdırlar.
Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:

“Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.
“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”. Ucnoqta.az xəbər verir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib. O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versəllər, hazıram”. Qeyd edək ki, Sultan Dadaşovun PA -da işlədiyi deyilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi