azia.az
azia.az

Polis qırmızıda keçdi, motosiklet sürücüsünü vurdu

18-08-2021, 10:58

Polis qırmızıda keçdi, motosiklet sürücüsünü vurdu
Ötən gün paytaxtın Azadlıq prospektində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azia.az-a istinadən xəbər verir ki, qəzaya səbəb DYP-ə məxsus avtomobil olub. Belə ki, qırmızı işıqda yolu keçən polis maşını motosikleti vurub. Nəticədə motosiklet sürücüsü yaralanıb. Polis maşını isə hadisə yerindən uzaqlaşıb.

Sosial şəbəkədə paylaşılan görüntülərdə, polis maşının sürətlə ərazidən gəlib keçməsi əks olunub. Başından xəsarət alan motosiklet sürücüsünün köməyinə ətrafdakı insanlar yetişib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi