azia.az
azia.az

Məhkəmə–Hüquq Şurası qalmaqallı hakimlərlə bağlı qərar verdi - yola salınacaqları deyilirdi...

25-04-2022, 13:14

Məhkəmə–Hüquq Şurası qalmaqallı hakimlərlə bağlı qərar verdi - yola salınacaqları deyilirdi...
Məhkəmə-Hüquq Şurasının sonuncu toplantısında barələrində Ali Məhkəmə tərəfindən xüsusi qəradad çıxarılan Bakı Apellyasiya Məhkəməsinin üç hakimi -Habil Məmmədov, İlqar Murğuzov və Həsən Əhmədov haqqında işə baxılıb. Məhkəmə -Hüquq Şurası məhkəmə sistemindən kənarlaşdırılacağı gözlənilən hər üç hakimə yüngül cəza verib.

Belə ki, qərara görə, Habil Məmmədova töhmət, digər iki hakimə isə irad bildirlib.

Mənbəmizin sözlərinə görə, bu işdə prokurorluğun hər üç hakimin müdafiəsi xarakterli məktubunun xüsusi rolu olub.

Qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” qanuna görə barəsində Ali Məhkəmə tərəfindən iki dəfə xüsusi qəradad çıxarılan hakimlər məhkəmə sistemində qala bilməz.


Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi