Apellyasiya məhkəmələrinə təyin ediləcək hakimlər - SİYAHI
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Bir sıra Apellyasiya Məhkəmələri hakimlərinin təyin edilməsi barədə” məsələ müzakirəyə çıxarılıb.
E-huquq.az-ın məlumatına görə, Məhkəmə-Hüquq Şurası tərəfindən aşağıdakı hakimlərin apellyasiya məhkəmələrinə təyin edilməsi təklif edilir:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Hüseyn Cavid Vaqif oğlu
Oruczadə Aytən Pənah qızı
- Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Həsənov İslam Telman oğlu
İsgəndərova Aygül Vulqar qızı
- Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Məmmədov Zahid Tahir oğlu
- Şəki Apellyasiya Məhkəməsi üzrə:
Cavadova Günay İsmayıl qızı
- Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Abdullayev İlkin Qismət oğlu
İsmayılov Orxan Nadir oğlu
Hazırda iclas davam edir.
Mənbə: APA