azia.az
azia.az

DYP rəisi "Land Cruiser"lə qəza törətdi - FOTO

16-04-2022, 13:26

DYP rəisi "Land Cruiser"lə qəza törətdi - FOTO
Şəmkir Rayon DYP-nin rəisi qəza törədib.

Azia.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə şəhərin 5-ci küçə adlanan ərazisindəki yol kəsişməsində baş verib.

Rəis Ramin Fətullayev 20-EX-200 seriyalı “Land Cruiser” avtomobilini aşırıb. Belə ki, o, baş yoldan gələn “Mercedes-Benz” markalı avtomobili gözləmədən keçdiyi üçün qəza baş verib. Ətrafdakı sakinlər hadisə zamanı DYP rəisinin sərxoş vəziyyətdə göründüyünü və onun yüngül xəsarət aldığını iddia ediblər.

Qeyd edək ki, mayor Ramin Fətullayev 2021-ci ilin aprelində daxili işlər nazirinin əmri ilə Şəmkir DYP-nin rəisi təyin edilib.

Qəza zamanı aşan avtomobilin fotosunu təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi