azia.az
azia.az

Bakıda “Gelandewagen” qəza törətdi - Xəsarət alan var (FOTOLAR)

15-12-2021, 08:49

Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub.
Bakıda “Gelandewagen” qəza törətdi - Xəsarət alan var (FOTOLAR)
Azia.az APA-ya istinadən xəbər verir ki, qəza şossenin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Sonuncu nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“Mercedes”də olan bir nəfər xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü bildirib ki, sükanı arxasında olan nəqliyyat vasitəsi nasaz vəziyyətdə yolda dayanıb. Buna görə də qəza işıqlarını yandırıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Bakıda “Gelandewagen” qəza törətdi - Xəsarət alan var (FOTOLAR)
Bakıda “Gelandewagen” qəza törətdi - Xəsarət alan var (FOTOLAR)
Bakıda “Gelandewagen” qəza törətdi - Xəsarət alan var (FOTOLAR)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi