azia.az
azia.az

Elman Rüstəmovun yaxın qohumu niyə həbs edildi - TƏFƏRRÜAT

14-04-2022, 11:01

Elman Rüstəmovun yaxın qohumu niyə həbs edildi - TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Milli Məclisin qərarı ilə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılan Elman Rüstəmovun yaxın qohumu Talıb Quliyev saxlanılıb. Talıb Quliyevin qanunsuz əməllərinə görə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində tutulduğu bildirilir.

Talıb Quliyev Elman Rüstəmova məxsus olan “Planet” şadlıq sarayına da rəhbərlik edir. Ona məxsus başqa biznes sahələrinə də rəhbərlik etdiyi, hətta şərik olduqlarına dair iddialar var. Talıb Quliyevin adı bir çox qalmaqallarda, qanunsuzluqlarda hallanıb. Belə ki, ötən il Talıb Quliyev tərəfindən idarə edilən “Karvan-K” İstehsalat Kommersiya Şirkəti tərəfindən Nizami rayonu ərazisində yaşıllıqların məhv edilməsi məlum olmuşdu. Hətta məsələni araşdırmaq üçün əraziyə gedən Ekologiya Nazirliyinin əməkdaşlarına Talıb Quliyevin hədə-qorxu gəldiyi də iddia olunurdu. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılsa da, Talıb Quliyev məsuliyyətdən yayına bilmiş, günahı iş icraçısı və fəhlələrin üzərinə atmışdı. Talıb Quliyevin həm də xeyli müddətdir Azərbaycanda ən bahalı tenderləri udduğu bildirilir. Təbii ki, Elman Rüstəmovun sayəsində...

Xüsusən “Azərsu” ASC-nin ötən illərdə keçirdiyi tenderlərin bir çoxu ona “hədiyyə” edilib. Belə ki, Biləsuvarda, Lənkəranda, Ağcabədidə kanalizasiya xətlərinin çəkilməsinin Talıb Quliyevin şirkətinə həvalə edildiyi, onun isə bu işlərdə böyük pullar mənimsədiyi iddia olunur. Məlumata görə, bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Ona görə də həmin rayonlarda kanalizasiya xətləri normal işləmir...

Bu xüsusda “AzPolitika.info” xatırladır ki, tenderlərdən qazandığı milyonlar hesabına Talıb Quliyev Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb. Orada özünə böyük villa tikdirib, bahalı avtomobil kolleksiyasına sahib olduğu, Almaniyada əmlak aldığı iddia edilir. Elman Rüstəmov vəzifədən çıxarılan kimi Talıb Quliyevin həbsə alınması onunla bağlı bu və digər iddiaların əsaslı olduğunu düşünməyə imkan verir.

Bəzi məlumatlara görə, Talıb Quliyevin Elman Rüstəmovun xalası, bəzi məlumatlara görə isə bibisi oğlu olduğu iddia olunur.

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri olub. Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən uzaqlaşdırılandan sonra Elman Rüstəmov baş nazirin müşaviri təyin olunub.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi