Qaydasız döyüşçü həbs olundu - "Maşında mənə təcavüz etdilər" - FOTO
Rusiyalı qarışıq döyüş sənəti (MMA) üzrə döyüşçü Maksim Novoselov barəsində irəli sürülən zorlama ittihamından şikayət edib.![]()
Xəbər verilir ki, bu barədə RİA Novosti Moskvanın Tuşino məhkəməsinin mətbuat xidmətinə istinadən xəbər verir. Martın 28-də məhkəmə müstəntiqin döyüşçü barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatətini təmin edib. Novoselov 18 yaşlı qızın zorlanması ilə bağlı iki ay müddətinə həbs edilib.![]()
Təcavüzə məruz qalan Sofya Çekmarevanın sözlərinə görə, döyüşçü və dostları onu maşında zorlayıb. Əvvəllər iki dəfə məhkum olunmuş idmançıya qarşı cinsi təcavüz və zorlama ittihamı irəli sürülüb.
Anar Əli