Bakıda ata azyaşlı oğluna qarşı əxlaqsız hərəkət etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən X.A-nın (ad, soy adı şərti - red) cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan mərhum edilib.
İttiham aktında qeyd edilib ki, 1986-cı il təvəllüdlü X.A aşkar surətdə on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib.
Belə ki, o, 2019-cu ilin iyul ayının ortalarından 2021-ci ilin sentyabr ayının sonunadək olan müddət ərzində dəfələrlə cinsi ehtirasını təmin etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən fərdi yaşayış evində rəsmi nikahdan olan 2010-cu il təvəllüdlü oğlu M.A-nın (ad, soy adı şərti - red) köməksiz vəziyyətindən istifadə etməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən X.A özünü təqsirli bilməyib.
Kamal