“Lal icra başçıları” 2-ci hissə -Süleyman Mikayılov
Uzun illər Boks Federasiyasının vitse-prezidenti olan S.Mikayılov hər yerdə bu federasiyanın prezidenti olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından sui-istifadə edirdi
Bu federasiyada bütün icra işlərini həyata keçirən icra başçısı təcrübəli, lakin himayədarı olmayan idmançıları yığma komandaya daxil etmirdi. Haqsızlıqla qarşılaşan idmançılardan biri Kəmaləddin Heydərova şikayət edən zaman məsələnin əsl üzü açılmışdı.
Bundan əlavə, icra başçısının başqa vəzifəli şəxslərin adından istifadə etdiyi də məlum mövzulardan biridir.
İdarəetmə sistemində yaratdığı boşluqlar onun yuxarı dairələrlə arasında problem yaranmasına yol açır.
Xüsusən Səbail rayon icra hakimiyyəti ilə ciddi problemləri olması üzündən S.Mikayılov ən qısa zamanda işi ilə vidalaşmaq zorunluluğu gözləyirdi.
Politika.az saytına istinadən deyə bilərəm ki, Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonun mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir.
Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.
Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri günəmuzd fəhlələr tərəfindən icra olunur. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil.
İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.
Həmçinin məlum oldu ki, S.Mikayılov rayondakı daş karxanalarının da fəaliyyətinə əl qoyur. Təyin etdiyi xüsusi “pulyığan”lardan biri də Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Rasim Əhmədovdur. Rasim Əhmədov bir ay ərzində karxanalardan icra başçısının adı altında təxminən 120-150 min manata yaxın pul yığır.
Özü üçün hər bir əlverişli şəraiti S.Mikayılov rayonun idarəçiliyini quldarlıq rejiminə keçirib və yalnız özünə qulluq etməklə məşğuldur.
Araşdırmamız davam edir...
Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq.