azia.az
azia.az

Saleh Məmmədovdan MİLYONLARIN HESABI SORULUR... - İLGİNC GƏLİŞMƏ

14-03-2022, 14:28

Saleh Məmmədovdan MİLYONLARIN HESABI SORULUR... - İLGİNC GƏLİŞMƏ
Keçən həftə ilginc bir informasiya böyük rezonansla ictimailəşdi. Söhbət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun nəvəsinə Londonda keçirdiyi bahalı ad günü ilə bağlı xəbərdən gedir. Xatırladaq ki, xəbəri verən mənbə Saleh Məmmədovun Londonda yaşayan nəvəsinin ad gününü qeyd etməsi üçün Böyük Britaniyaya səfər etməsini qeyd etməklə yanaşı, bu ad günündə xərclənən böyük vəsaitdən də söz açmışdı.

Mənbənin bildirdiyi: "O, nəvəsinin ad günün Londonun tarixi yerində olan məşhur bir restoranı bağlatmaqla martın 9-da 1 milyon funt strelinqə möhtəşəm ad günü keçirib".

Bir daha xatırladaq ki, S.Məmmədovun oğlu Sübhan Məmmədli Londonun mərkəzində yerləşən Camella House apartmanında 24 nömrəli mənzil üçün 2.8 milyon manat pul ödəyib yaşayır. Sübhan Londondakı «Splento Ltd» şirkətinin Biznesin İnkişafı Deperrtamentinin direktorudur. Geniş biznes şəbəkəsinə malikdir.

Və məmmədovlar ailəsində bu qədər pulun hardan olması ilə bağlı şübhələrin isə yeganə təxmini dövlətimizin büdcəsindəki pullardan AAYDA-nın payına düşənlərdir...

Saleh Məmmədovun 25 yaşlı oğlu ilə bağlı 3 il əvvəl qalmaqallı bir məlumat da yayılmışdı. Həmin məlumatı isə dünyaca məşhur “Daily Mail” tirajlamışdı. Sözügedən nəşrin yaydığı məlumata görə, 22 yaşlı azərbaycanlı gənc (2019-cu ildə Sübhanın 22 yaşı var idi -red.) İbiza adasında olarkən naməlum şəxs ona hücum edərək saatını alıb və ona bir-iki zərbə də vurub. Oğurlanan “Richard Mille” markasına aid “50-03 McLaren F1” model saatdan dünyada cəmi 75 ədəddir.

Bir sözlə, Saleh Məmmədov oğluna korluq vermir və indi də aydın olur ki, elə nəvəsinə də...

***

Bununla bağlı daxil olan son informasiyalardan isə aydın olur ki, artıq sözügedən faktla bağlı "yuxarılar" Saleh Məmmədovdan hesab soruşmağa başlayıb. Məlumatlı mənbə redaksiyamıza bu arada maraqlı bir məqamı da açıqladı:

"Saleh Məmmədov yaxşı başa düşür ki, xaraktercə də yeniləşən iqtidar komandasında "yamaq" kimidir və onun kimi boğaza qədər korrupsiyaya bulaşmış kadrlarla hakimiyyətin yolları mütləq ayrılacaq.

Əsas bu deyil. Əsas olanı odur ki, Saleh Məmmədov həm də hesabat verməli olacaq. Özü də hüquq-mühafizə orqanlarının qarşısında..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Saleh Məmmədovdan MİLYONLARIN HESABI SORULUR... - İLGİNC GƏLİŞMƏ
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi