Xarkovda artilleriya atəşi nəticəsində 7 azərbaycanlı həlak olub
Martın 4-də Xarkovda yaşayış evinə mərmi düşməsi nəticəsində azərbaycanlı ailənin üç üzvü həlak olub.
Azərbaycan diasporundan verilən məlumata görə, həyat yoldaşları və kişinin xalası həlak olub. Yetkinlik yaşına çatmayan üç uşaq valideynsiz qalıb. Uşaqlardan böyüyün 15, kiçiyin 3 yaşı var.
Həmçinin Xarkovda mərmi partlaması nəticəsində başqa bir azərbaycanlı ailə - həyat yoldaşları və iki uşaq həlak olublar.
Həlak olanların adları dəqiqləşdirilir.