azia.az
azia.az

Bakıda LGBT fərdi olan jurnalist qətlə yetirilib

22-02-2022, 18:40

Bakıda LGBT fərdi olan jurnalist qətlə yetirilib
Bu gün saat 16 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində jurnalist Əvəz Hafizli əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev tərəfindən qətlə yetirilib, bu barədə Baş prokurorluq məlumat yayıb.

"Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o, ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib", - deyə məlumatda bildirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

Əvəz Hafizlinin jurnalist dostları onun LGBT fərdi olması səbəbindən qətlə yetirildiyini bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi