azia.az
azia.az

Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO

21-02-2022, 17:17

Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları tərəfindən avtoxuliqanlıq edən şəxs saxlanılıb.



Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, narkotik vasitənin təsiri altında “Opel” markalı avtomobil idarə etməkdə şübhəli bilinən Seymur Cəfərov saxlanılaraq barəsində qanunamüvafiq tədbir görülüb.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbirlərlə VAZ markalı avtomobil ilə toy karvanında təhlükəli manevrlərlə edən avtoxuliqanlıq edən Nağı Quliyevin də əməllərinə hüquqi qiymət verilib.

Qeyd edək ki, ötən həftə ərzində Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbir görülüb. Belə ki, həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.


Toy karvanında avtoxuliqanlıq etdi - ANBAAN VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi