azia.az
azia.az

Narkotik çəkib, avtoxuliqanlıq etdi - FOTO/VİDEO

7-01-2022, 10:55

Narkotik çəkib, avtoxuliqanlıq etdi - FOTO/VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elvin Quliyev idarə etdiyi “Nissan” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub.

Yol Patrul Xidməti əməkdaşlarının “saxla” əmrinə tabe olmayan şəxs saxlanılan zaman sürücünün narkotik vasitənin təsiri altında olduğu da müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüququndan 1 il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Narkotik çəkib, avtoxuliqanlıq etdi - FOTO/VİDEO
Narkotik çəkib, avtoxuliqanlıq etdi - FOTO/VİDEO
Narkotik çəkib, avtoxuliqanlıq etdi - FOTO/VİDEO



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi