azia.az
azia.az

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın başladı: 100-ə yaxın yanğınsöndürən və əhali...

21-02-2022, 10:15

SON DƏQİQƏ! Azərbaycanda güclü yanğın başladı: 100-ə yaxın yanğınsöndürən və əhali...Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.

Oxu24.com-un məlumatına görə, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.

Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın 2 saatdan sonra lokallaşdırılıb.

İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə quru ağaclar yanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi