azia.az
azia.az

Lənkəranda meşədə yanğın başladı

3-08-2021, 21:18

Lənkəranda meşədə yanğın başladı

"Lənkəranda güclü yanğın başlayıb".


Azia.az xəbər verir ki, bu haqda tanınmış bloqer Ertoğrul Kamallı sosial şəbəkədə məlumat verib.

O bildirib ki, yanğın Osaküçə kəndinin yaxınlığında meşə massivində başlayıb. Güclü yanğının hələ ki, qarşısını almaq mümkün deyil.

"Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".

Bu barədə Azia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi