Amnistiya Aktının şamil edildiyi şəxslərin sayı açıqlandı
Ədliyyə Nazirliyindən verilən məlumata görə, 15.02.2022-ci il tarixinə nazirliyin Penitensiar və Probasiya xidmətləri, həmçinin aidiyyəti məhkəmələr tərəfindən "8 Noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin 05.11.2021-ci il tarixli qərarı 12 570 nəfərə tətbiq edilib.
Onlardan 5 009-u Penitensiar, 6 759-u Probasiya xidmətləri tərəfindən tətbiq edilib.
Eyni zamanda amnistiyanın tətbiqi nəticəsində 8 138 nəfər ayrı-ayrı cəzalardan azad olunub, 3 630 nəfərin isə cəzası azaldılıb.
Demokrat.az