azia.az
azia.az

“Qızıl Amnistiya” gözlənilir: Zəfər günü ərəfəsində məhbus ailələri ikiqat sevinc yaşayacaq… – VİDEO

19-10-2021, 08:39

“Qızıl Amnistiya” gözlənilir: Zəfər günü ərəfəsində məhbus ailələri ikiqat sevinc yaşayacaq… – VİDEO
“Qızıl Amnistiya” gözlənilir: Zəfər günü ərəfəsində məhbus ailələri ikiqat sevinc yaşayacaq… – VİDEO
Məhkumluq həyatı yaşayan bir çox insan zəfər günündə azadlığına qovuşa bilər. Ölkəmizdə 5 ildən sonra yenidən amnistiya aktının qəbul edilməsi gözlənir. Budəfəki amnistiya əvvəlkilərə nisbətən daha geniş kütləni əhatə edə bilər. Bunu əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Milli Məclis tərəfindən Zəfər günü ilə bağlı amnistiya aktının qəbul olunması gözlənir.

Onun sözlərinə görə, ölkəmizdə qəbul edilmiş son 4 amnistiya aktının təşəbbüskarı Birinci-vitse prezident Mehriban Əliyeva olub. 2007, 2009, 2013 və 2016-cı illərdə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 minə yaxın şəxs cəzadan və cinayət məsuliyyətindən, minlərlə insan azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən azad edilib.

Əliməmməd Nuriyev vurğulayıb ki, budəfəki amnistiya məhkumluq həyatı yaşayan daha geniş kütləni əhatə edə bilər.

Əliməmməd Nuriyev əlavə edib ki, Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və ya karantin rejimlərinin pozulması ilə ittiham olunan şəxslər də amnistiyaya düşə bilər. Qeyd edək ki müstəqillik dövründə ümumilikdə qəbul edilən 11 amnistiya aktı ilə 123 mindən artıq şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi