azia.az
azia.az

Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlandı

13-02-2022, 08:41

Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlandı
Bakıda polislər bıçaqlandı. Bakıda Çevik Polis Alayının 2 əməkdaşı bıçaqlanıb. Xəbər verilir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Ərazidə növbə çəkən Eldəniz və Coşqun adlı polis əməkdaşları (soyadları dəqiqləşdirilir-red) bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı onların birinin ürək nahiyəsində, digərinin isə qarın boşluğunda kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Hadisənin təfərrüatı araşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi