azia.az
azia.az

Goranboy RİH-in qarşısında intihara cəhd zamanı 2 polis xəsarət alıb - RƏSMİ

10-02-2022, 13:21

Goranboy RİH-in qarşısında intihara cəhd zamanı 2 polis xəsarət alıb - RƏSMİ
Goranboy sakini icra hakimiyyətinin qarşısında intihara cəhd edib, iki polis əməkdaşı xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 9-u saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov Rayon İcra Hakimiyyətinin (RİH) qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

Qeyd edək ki, Goranboy rayonu, Kəpənəkçi kənd sakini 1996-cı il təvəllüdlü Sərdar Həsənov yaşadığı evə elektrik enerjisinin və qaz xəttinin çəkilməməsinə etiraz olaraq Goranboy rayon İcra Hakimiyyətinin qarşısında bu addımı atıb.

Sərdar Həsənov Vətən müharibəsi iştirakçısıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi