Salyan rayonunun Təzəkənd kənd sakini, 1951-ci il tvəllüdlü Bağırova Səfiyyə Həbulla qızı yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asaraq intihara cəhd edib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bundan xəbər tutan ailə üzvləri 66 yaşlı qadını xilas edə biliblər.
Qadın Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vərəm xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.