Bakıda uşaqların satdığı salfetlərin içərisində narkotik olması ilə bağlı DİN hərəkətə keçdi - FOTO
Küçədə uşaqların satdığı salfetin içərisində narkotik vasitələrin olduğuna dair iddialarla bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılır.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis yayılan iddialar barədə məlumatlıdır:
“Bu istiqamətdə müvafiq araşdırmalar aparılır. Məsələnin təfərrüatı araşdırmanın nəticəsindən sonra məlum olacaq”.