azia.az
azia.az

9 saylı məktəbin direktoru şagirdləri döyməsi ilə bağlı YENİ XƏBƏR - VİDEO

7-01-2022, 08:57

9 saylı məktəbin direktoru şagirdləri döyməsi ilə bağlı YENİ XƏBƏR - VİDEO
9 saylı məktəbin direktoru şagirdləri döyməsi ilə bağlı YENİ XƏBƏR - VİDEO
Sosial şəbəkələrdə və internet portallarında Bakıda məktəb direktorunun şagirdləri döyməsi ilə bağlı video yayılıb.

Xəbər verilir ki, iddialara görə, Nəsimi rayonu 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədova təhsil ocağında şagirdlərə əl qaldırıb.

Təhlükəsizlik kameralarına düşən kadrlarda bir nəfərin iki şagirdə sillə vurduğu aydın görünür. Amma onun həqiqətən də məktəb direktoru olub- olmaması məsələ araşdırıldıqdan sonra məlum olacaq.

Mövzuya münasibət bildirən Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu video ilə bağlı müvafiq araşdırma aparılır. Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

''Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır",-deyə Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev də bilidirib ki, yayılan video ilə bağlı ərazi üzrə 19-cu polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi