azia.az
azia.az

SON DƏQİQƏ! Dəhşətli xəbər gəldi: Ölən var

1-02-2022, 11:36

SON DƏQİQƏ! Dəhşətli xəbər gəldi: Ölən var
Tovuz rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Hadisə yanvarın 31-də Tovuz-Qovlar avtomobil yolunda qeydə alınıb.

Belə ki, İsmət Məmmədovun idarə etdiyi “Ford” markalı yük maşını ilə Vüqar Sadıqovun idarə etdiyi “VAZ-21074” markalı avtomobili toqquşub. Nəticədə “VAZ-21074” markalı avtomobilin sürücüsü V.Sadıqov aldığı xəsarətlərdən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.(report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi