azia.az
azia.az

Afət Fərmanqızının həyat yoldaşı həbs edildi- VİDEO

1-02-2022, 11:29

Afət Fərmanqızının həyat yoldaşı həbs edildi- VİDEO
Bir neçə gün əvvəl ailə həyatı quran müğənni Afət Fərmanqızının həyat yoldaşı polis tərəfindən saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesabında video paylaşaraq məlumat yayıb. O bildirib ki, həyat yoldaşı Mamed Nanacanovun saxlanılmasına səbəb onun bir şəxsi təhqir etməsi olub:

"Xəzər Rayon Polis İdarəsi səhər saatlarında həyat yoldaşımı saxlayıb. Səbəb kimi göstərilir ki, Vaqif İsayev adlı şəxsi təhqir edib. Bu şəxsin həyat yoldaşıma 200 min dollar borcu var. Binanın sahibidir, 7 ildir ona deyir pulu qaytaracam, amma qaytarmır. Həyat yoldaşım da əsəblərinə hakim olmayıb onu təhqir edib. Əgər təhqirə görə adam həbs olunursa, biz müğənniləri gündə onlarla, yüzlərlə təhqir edən var. Niyə onlar həbs olunmur? Dəfələrlə məni təhqir edəni şikayət etmişəm, tapıb gətirilib, bölmədə başa salınıb, deyilib etika qorunmalıdır, olmaz və sərbəst buraxılıb. Mamacanovla həmin insanların fərqi nədir? İş adamıdır deyə saxlamaq lazımdır? Vaqif İsayevin məndə səsyazısı da var. Deyir ki, canımın qorxusundan mən həbs etdirdim".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi