“Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir” – Gülayın həyat yoldaşından təhqir
Müğənni Gülay Zeynallının idmançı həyat yoldaşı Kamil Zeynallı gözəllik salonunda işləyənləri təhqir edib.
Aznews.az bildirir ki,Kamil Zeynallı salon işçilərinin onun haqqında söz-söhbət yaydığını iddia edib.
O, “Instagram”da: “O qədər məkanlarda, qadın salonlarında dedi-qodum gedir ki. Eşidən də deyər ki, bu oğlan əxlaqsız, tərbiyyəsizdir. Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir. Məsəli yaxşılardan uzaq. Adama deyərlər ki, ay qadın salonunda işləyən fahişələr, gedin öz gəzməklərinizdən danışın, niyə onun-bunun söhbətini edirsiniz? Özünüz ayda altı-yeddi oğlan dəyişir, gündə birinə nömrə verirsiniz”, – deyə bildirib.
Qeyd edək ki, Kamil Zeynallı Gülay Zeynallı ilə evldir və cütlüyün bir qızı var.