“Azərişıq”ın əməkdaşını cərəyan öldürdü
Salyan rayonunda “Azərişıq”ın əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.
Prokurorluqdan Redaktor.az-a verilən məlumata görə, yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyev elektrik cərəyanı vurması nəticəsində ölüb.
“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.