azia.az
azia.az

Tanınmış aparıcının həyat yoldaşının ölümü ilə bağlı ŞOK TƏFƏRRÜAT: Arvadı yoxa çıxıb

27-01-2022, 16:55

Tanınmış aparıcının həyat yoldaşının ölümü ilə bağlı ŞOK TƏFƏRRÜAT: Arvadı yoxa çıxıb
Xəbər verdiyimiz kimi, türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, "Beşiktaş" klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlu güllələnərək qətlə yetirilib.

Azia.az-a istinadən xəbər verir ki, Ecenin yaxın dostu, həmkarı Bircan Bali "Söylemezsem olmaz" proqramında hadisənin bəzi məqamlarını açıqlayıb. Onun sözlərinə görə, Şafak 7 güllə yarası aldıqdan sonra xəstəxanada çoxlu qan itirdiyi üçün həyatını itirib. Silahlı şəxslərin hücumu zamanı sürücüsü də ağır yaralanıb.

Bircan Şafakın son sözlərinin "Xahiş edirəm, məni xilas edin" olduğunu səsləndirib.

Bundan başqa o, hadisənin ardından Ece ilə əlaqə saxlaya bilmədiklərini vurğulayıb:

"Saatlardır Ecedən xəbər ala bilmirik. Gecə xəstəxanaya gedib. Şafakın öldüyünü öyrəndiyi an onu göndəriblər. O vaxtdan etibarən Eceylə kimsə əlaqə qura bilmir".

Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi