azia.az
azia.az

4 əsgərin güllələndiyi yerdən ən son görüntülər - VİDEO

27-01-2022, 14:23

4 əsgərin güllələndiyi yerdən ən son görüntülər - VİDEO
Ukraynanın Dnepr şəhərində baş verən atışma ilə bağlı bəzi təfərrüatlar açıqlanıb.

Azia.az lent.az-a istinadən xəbər verir ki, ölənlər dörd hərbçi və bir mülki şəxsdir.

Yaralı 5 əsgərdən birinin tibbi yardım alarkən dünyasını dəyişdiyi də qeyd edilir.

Hadisə yanvarın 27-də yerli vaxtla səhər saat 4 radələrində baş verib. Mühafizə xidmətinin əsgəri silah otağında AK-47 avtomatını və onun üçün patronları götürüb, daha sonra atəş açıb. Həmin vaxt otaqda 22-yə yaxın əsgər olub. İki nəfər küçəyə qaçaraq telefonla polisə və təcili yardıma zəng edə bilib. Hadisəni törədən Milli Qvardiyanın hərbçisi Artemiy Ryabçuk qaçıb və hələ ki tapılmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi