Klinikalarda qadınlardan oğurluq edildi
Bakıda iki klinikada qadınların çantasından oğurluq edilib.
DİN-in Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki iki klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.