azia.az
azia.az

Bakıda qadının “Jeep” avtomobilindən 500 manatlıq oğurluq olub

9-04-2019, 14:59

Bakıda qadının “Jeep” avtomobilindən 500 manatlıq oğurluq olubAprelin 8-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi