azia.az
azia.az

SON DƏQİQƏ-Zəncirvari qəza 37..

24-01-2022, 22:38

SON DƏQİQƏ-Zəncirvari qəza 37..
Türkiyənin Anadolu magistral yolunun Düzce hissəsində güclü qar səbəbindən 37 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Azia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qəza nəticəsində magistralın İstanbul istiqaməti təxminən iki saat bağlanıb. Yolun təxminən beş kilometrlik ərazisini əhatə edən qəzada toqquşan avtomobillərdən beşi sərnişin avtobusu, ikisi mikroavtobus, yeddisi isə qoşqulu yük maşınıdır. Hadisə zamanı 22 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, Türkiyədə qarlı hava şəraiti davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi