azia.az
azia.az

Bakı-Sumqayıt yolunda ağır qəza - 3 nəfər yaralandı - FOTO

5-08-2021, 13:50

Bakı-Sumqayıt yolunda ağır qəza - 3 nəfər yaralandı - FOTO
Bakı-Sumqayıt şosesində ağır yol qəzası baş verib.

Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətlə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi