Bakıda 19 yaşlı qızı avtomobil vurdu
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Azia.Az”ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən 2001-ci il təvəllüdlü Atayeva Vüsalə Tərlan qızını minik avtomobili vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.