Deputat Ağalar Vəliyevin oğlu boşandı
Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyev yoldaşından boşanıb.
32gun.az-ın ailəyə yaxın mənbədən əldə etdiyi məlumata görə, cütlük artıq uzun müddətdir ayrı yaşayırlar.
Qeyd edək ki, deputatın bir oğlu var.
Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və "Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da hazırda ölkə xaricində yaşayan P.Vəliyevin özünün nəzarətindədir.
Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan "Kristal Abşeron" tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur...